Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.
Yenicag.az-ın məlumatına görə, yarımfinalın cavab matçında “Qarabağ” “Neftçi”ni sınağa çəkib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:1. “Köhlən atlar”da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub.
64-cü dəqiqədə Reziuan Mirzov “ağ-qaralar”ın təsəlli qoluna imza atıb.
İlk matçda rəqibini dörd cavabsız qolla üstələyən “Qarabağ” finala vəsiqə qazanıb.
Ölkə çempionu iyunun 2-də həlledici görüşdə “Zirə” ilə üz-üzə gələcək./Oxu.az/