Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilib.
Yenicag.az xəbər verir ki, günün ilk oyununda “Xəzri” və “Sumqayıt” komandaları üz-üzə gəliblər. “Sərhədçi” İdman Mərkəzində keçirilən A qrupunun görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 105:81.
Ən məhsuldar basketbolçular “Xəzri”dən Ceremi Maklaflin (26 xal, 10 ribaund), “Sumqayıt”dan isə Smit Roderik (29 xal, 9 ribaund) olub.
Günün digər matçında “Cəlilabad” eyni məkanda “Xırdalan”ı qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq./Azertag/