!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Kuboku: "Zirə" "Səbail"ə, "Neftçi" "Sumqayıt"a qarşı

!Reklam – Yazi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Yenicag.az xəbər verir ki, ev-səfər prinsipi ilə keçirilən bu mərhələnin ilk oyun günündə iki görüş baş tutacaq.

Öncə “Zirə” “Səbail”i qəbul edəcək. Günün digər matçında isə “Neftçi” “Sumqayıt”la qarşılaşacaq.

1/4 finalın digər iki matçı sabah keçiriləcək. “Qəbələ” “Sabah”ı “Qarabağ” isə “Keşlə”ni qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
15 dekabr

“Zirə” – “Səbail”
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu.
Bakı. “Dalğa Arena”, 17:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov.
Bakı. 8-ci km stadionu, 19:00.

www.yenicag.az

3713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv