Reklam

Reklam

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə bu mərhələnin daha iki cavab matçı baş tutub.

Öncə “Səbail” “Qəbələ”ni qəbul edib. Altı qolluq qarşılaşmada sevinən tərəf “Qəbələ” olub.

Günün digər oyununda “Sumqayıt” səfərdə 1:2 hesabıyla uduzduğu “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. Ağdam klubunun bu rəqibinə iki cavabsız qolla uduzaraq, mübarizəni erkən dayandırması əsl sensasiya hesab oluna bilər.

Xatırladaq ki, ötən gün də “Keşlə” və “Neftçi” yarımfinala vəsiqəni təmin etmişdi. Gələn il keçiriləcək 1/2 finalın oyunlarında “Neftçi” “Qəbələ” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
15 dekabr

“Səbail” – “Qəbələ” 2:4
Qollar: Adrian Popoviçi, 16. Elman Taqayev, 78 – Filip Ozobiç, 22. Ruslan Qurbanov, 42. Famussa Kone, 56. Baqali Dabo, 75.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
Bakı. “Bayıl Arena”, 16:00.
İlk oyun – 0:1.

“Sumqayıt” – “Qarabağ” 2:0
Qollar: Kamal Mirzəyev, 22. Amil Yunanov, 90.
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.
İlk oyun – 1:2.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1139
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.