Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Azərbaycan Kubokunu “Keşlə” qazandı - VİDEO

Reklam: High Technic

Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda final matçı keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü günündə “Keşlə” və “Qəbələ” komandaları üz-üzə gəliblər.

Qəbələ şəhər stadionunda təşkil olunan görüş tarixə 25-ci final oyunu kimi düşüb. Qalib komanda da tarixində ilk dəfə ölkə kubokunu qazanacaqdı.

“Keşlə” və “Qəbələ” indiyədək 4 dəfə üz-üzə gəlmişdi. Görüşlərdən 1-də paytaxt, 3-də isə əyalət təmsilçisi qələbə qazanmışdı. Topların nisbətində də “qırmızı-qaralar” öndəydi – 7:6. Komandaların yolları indiyədək 2 dəfə kubokda kəsişmişdi. Hər iki halda onlar yarımfinalda üz-üzə gəlmişdilər. Son 3 qarşılaşmada “Qəbələ” 2 top fərqi ilə qələbə qazanmışdı.

2008/09. 1/2 final. İnter (Bakı) – Qəbələ – 5:0, 0:2

2016/17. 1/2 final. İnter (Bakı) – Qəbələ – 1:3, 0:2

Bugünkü matç həm də ukraynalı baş məşqçilərin dueli ilə əlamətdar olub. “Qəbələ”də 4-cü mövsümünü başa vuran Roman Qriqorçuk indiyədək titula həsrət qalmışdı. Yuri Maksimovun qış fasiləsində baş məşqçi təyin olunduğu “Keşlə” isə “İnter” adlandığı vaxtlarda iki dəfə çempion olsa da, kubok sevinci yaşaya bilməmişdi.

Komandalar meydana itkilərlə çıxmışdılar. “Qəbələ”dən Ürfan Abbasov və Ruslan Qurbanov, “Keşlə”dən isə Fuad Bayramov cəza üzündən oynamayacaqdı.

Final matçından əvvəl Qəbələ şəhər stadionunda konsert proqramı təşkil olunub. Tanınmış rumıniyalı müğənni Seeya mahnılarını ifa edib.

Qarşılaşmanın taleyini bir qol həll edib. Pərdis Fərcad-Azadın ikinci hissədə vurduğu qol “Keşlə”yə həm Azərbaycan Kubokunu, həm də Avropa Liqasına vəsiqə qazandırıb.

Azərbaycan Kuboku
Final
28 may

“Keşlə” – “Qəbələ” 1:0
Qol: P.F.Azad, 71.
Qırmızı vərəqə: İlqar Qurbanov, 89.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
Qəbələ şəhər stadionu, 20:00.

“Keşlə”: 1. Kamran Ağayev, 2. Sərtan Taşkın, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcad-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 48. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 28. Məmməd Quliyev, 16. Şahin Zəkiyev.
Baş məşqçi: Yuri Maksimov.

“Qəbələ”
: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Jozef-Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacılı, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.

www.yenicag.az

4545
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS