!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan kubokunun finalçıları müəyyənləşir

!Reklam – Yazi

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Yenicag.az-ın məlumatına görə, eyni gündə oynanılacaq iki matçla finalçılar müəyyənləşəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Bu komandalar arasında ilk görüşdə Ağdam klubu minimal hesabla uduzub – 0:1.

Mərhələnin son oyunu da Bakıda keçiriləcək. “Zirə” evdə “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1

20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0

www.yenicag.az

5763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv