!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan limanlarına 20 min gəmi daxil olub

!Reklam – Yazi

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və izləmə Milli Mərkəzi tərəfindən Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə riayət olunmasına nəzarət edilməsi, gəmi sürücülüyü üçün çətin hava şəraiti zamanı fırtına xəbərdarlığının göndərilməsi, təhlükəsiz lövbər dayanacağı ilə təmin olunması, gəmilərin tanınması və uzaq məsafədən izlənməsi və hərəkət marşrutunun seçilməsi xidmətləri göstərilir.

Ərazi sularında gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət olunan ərazilərin əhatə dairəsinin genişləndirilməsi, gəmilərlə radioəlaqələrin daha da etibarlı təşkil olunması, Avtomatik İdentifikasiya Sistemi (AİS) vasitəsi ilə məlumatların operativ surətdə Milli Mərkəzə ötürülməsinin təşkili üçün xüsusi təyinatlı Ultra Qısa Dalğaların yayımı məqsədilə radiostansiya və radio-rele avadanlıqlarının quraşdırılması təmin olunur.

Gəmilərlə etibarlı rabitənin təmin edilməsi, Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərə dövlət nəzarətinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə naviqasiya rabitə avadanlıqları quraşdırılıb və mütəmadi naviqasiya təminatı həyata keçirlir.

Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinə ötən dövr ərzində Gəminin Mühafizə Həyəcan Sistemi (SSAS) üzrə 247 sınaq, 66 qəza, 1468 rəqəmsal seçmə sınaq çağırış siqnalı daxil olub.

Ötən dövr ərzində 21600 naviqasiya ötürməsi həyata keçirilib, 120 gəminin Uzaq Məsafədən Tanınma və İzləmə təsdiqnaməsi, 23 gəminin Beynəlxalq Dəniz Peyk Təşkilatı (İNMARSAT) təsdiqnaməsi, 39 gəminin Dəniz Mobil İdentifikasiya Xidməti (MMSİ) təsdiqnaməsi və 67 gəminin Beynəlxalq Peyk Axtarış-Xilasetmə Sistemi (Cospas-Sarsat) təsdiqnaməsi qeydiyyata alınıb.

Dövlət Dəniz Administrasiyası tərəfindən liman kapitanları vasitəsilə, Beynəlxalq və kabotaj səfərlər həyata keçirən 20285 gəminin Azərbaycan Respublikasının limanlarına girişi və 20061 gəminin limandan çıxışının rəsmiləşdirlməsi həyata keçirilib.

Azərbaycan bayrağı altında üzən 135 gəmidə aparılan bayraq nəzarəti yoxlaması zamanı ümumilikdə 1522 nöqsan aşkar edilərək aradan qaldırılması təmin edilib.

Xarici bayraq altında üzən 69 gəmidə aparılan Liman nəzarəti yoxlamaları zamanı isə ümumilikdə 397 nöqsan aşkar edilərək qeyd edilən nöqsanların aradan qaldırılması təmin edilib.

Yeniçağ.az

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv