“Azərbaycan mafiyası”nın həbsdə olan rəhbərinə qarşı daha bir İŞ AÇILDI – FOTO

“Azərbaycan mafiyası” rəhbəri Tural Məmmədovun işində növbəti döyülmə epizodu üzə çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlum olub ki, ötən il oktyabrın 13-də Sankt-Peterburqun Leninski prospektində Tural Məmmədovun 5 nəfərdən ibarət dəstəsi yoldan keçənləri döyüb. “Azərbaycan mafiyası”nın üzvləri iki oğlanı baş və bədən nahiyəsindən vuraraq döyüblər.

Mütəşəkkil dəstə daxilində xuliqanlıq maddəsi ilə cinayət işi üzrə istintaq davam edir. Turalın dostları haqqında həbs-qətimkan tədbiri dəyişməyib.

Xatırladaq ki, Tural Məmmədov fevralın 15-dək istintaq təcridxanasındadır.

Hadisə geniş ictimai rezonans qazandıqda, o, Azərbaycana qaçıb, lakin uzun müddət gizlənə bilməyib. O, beynəlxalq axtarışa verilib və tezliklə Rusiya tərəfinə təhvil verilib.

Xuraman Etibarlı

COP29