Azərbaycan maliyyə bazarları müzakirə olunur – Fotolar

Bu gün “Boulevard Hotel Baku”da Bakı Fond Birjası (BFB) və “SOCAR Capital” şirkətinin birgə təşkil etdiyi “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” konfransı keçirilir.OilGas.az-ın konfransda iştirak edən əməkdaşı xəbər verir ki, açılış nitqi ilə Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov çıxış edib. O, kapital bazarlarının önəmli olmasından, maliyyə sistemində əhəmiyyətli rolundan bəhs edib.

Vüqar Namazov vurğulayıb ki, bu gün kapital bazarlarına çıxmaq tələb deyil, lakin zərurətdir.

Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək, nağdsız hesablaşmalardan söz açıb. Keçən il Azərbaycanda nağdsız hesablaşmalar haqqında qanunun qüvvəyə mindiyini xatırladan V. Qasımlı, bu baxımdan Bakının 100 ən yaxşı şəhərlər siyahısına daxil olduğu qeyd edib. Bundan başqa o, maliyyə savadlılığının artırılmasının vacibliyini də vurğulayıb.