Azərbaycan Mərkəzi Bankı bir manatlıq əskinasları sikkə ilə əvəz etmək imkanını nəzərdən keçirir.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.
Mərkəzi Bank sədrinin birinci müavini beş manatlıq əskinasların sikkə ilə əvəz olunacağı barədə şayiələri isə təkzib edib. A.Quliyev əlavə edib ki, bu məsələ müzakirə olunan məsələlərin gündəliyində deyil.