“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə üçüncü toplantı keçirildi – FOTO/VİDEO
Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində üçüncü toplantı keçirilib.
Yenicag.az axəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid QHT Agentliyinə Şuranın sözügedən layihə təşəbbüsünə həssas yanaşdığına görə təşəkkür edib. R.Məcid bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə ilk iki toplantı iyul və avqust aylarında keçirilib. Həmin toplantılarda layihə ilə bağlı ölkəmizin media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazası yaratmaq ideyası ətrafında görülmüş işlər təqdim olunub.
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov toplantı iştirakçılarını Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyası haqqında məlumatlandırıb. O bildirib ki, dekabr ayınadək reallaşdırılıcaq “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sözügedən kateqoriyanın tam dolğunluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir. İndiyədək mövcud olmuş aktiv media subyektlərinin siyahısına əlavələr aparılıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasının xüsusiyyətləri ilə bağlı geniş məlumatlandırıb. O, həmçinin, bildirib ki, media landşaftı ifadəsi beynəlxalq media terminalogiyasında istifadə olunur. Şuranın layihəsi bu ehtiyacın ölkəmizlə bağlı seqmentini nəzərə almaq zərurətindən qaynaqlanır.
Toplantıda çıxış edənlərdən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, BDU-nun Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova və başqaları icra olunan layihənin əhəmiyyətini vurğulayıblar. Onlar götürülmüş kursun sistemli və ardıcıl icrasının müsbət nəticələr doğuracağına inandıqlarını deyiblər.
Tədbirdə həmçinin, iştirakçıların sualları cavablandırılıb, təklifləri qruplaşdırılıb.
İsmayıl Bakuvi
Samir Məcidov
Məsimə Məmmədova