Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan mediasının 8 yaşlı “Unikal”ı

Bu gün “Unikal” qəzeti və “Unikal.org” internet portalının fəaliyyətə başlamasından 8 il ötür.

Yenicag.az xəbər verir ki, bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib. Uzun illər “Unikal” qəzeti yazılı mətbuat sırasında öz dəsti-xətti ilə seçilib. Son illər isə Unikal.org saytı elektron media qurumları arasında özünəməxsus yer tutaraq ön sıraya çıxa bilib.

Dörd ildən çoxdur ki, “Unikal” qəzeti KİVDF-dən maliyyələşir və layihə icra edir. Gündəlik olaraq nəşr olunan qəzet və “Unikal.org” fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Buna görə də hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir. 8 yaşlı Unikal.org son illər özəl xəbərləri, gözlənilməz personalardan açıqlamaları ilə seçilib.

“Unikal.org”a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur. Gün ərzində saytda müxtəlif sahələri əhatə edən 150-dən çox xəbər yayımlanır.

“Unikal” qəzeti və “Unikal.org” saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir. Son illər bu saytın oxucuları da kifayət qədər artıb və sosial şəbəkələrdə də böyük izləyici kütləsi toplayıb.

Yenicag.az-ın kollektivi də “Unikal”çıları 8 yaşı münasibətilə təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır.

www.yenicag.az

818
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100