Azərbaycanda qəbul edilən qərarları şərh edə bilmərəm. Həbslə bağlı qərarları azərbaycanlılar verib.
Yenicag.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçı-terrorçuların özünü buraxan keçmiş başçısı Samvel Şahramanyan Ermənistanda mediaya açıqlamasında deyib.
“Hazırda haqqımda niyə həbs qərarının verilmədiyini bilmirəm. Düşünürəm ki, zamanla bunun cavabını alacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, 2023-cü ilin 28 sentyabrında Samvel Şahramanyan qondarma qurumun özünü buraxdığı haqda “sərəncam” imzaladıqdan sonra Azərbaycanı tərk edə bilib.
www.yenicag.az