Azərbaycan Mərkəzi Bankı iyunda valyuta ehtiyatlarını 2 faiz artırdı

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 371,9 milyon ABŞ dolları təşkil edib.

Yenicag.az quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,2 %, son 1 ildə isə 14,2 % artıb.