Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını artırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 7 milyard 085,8 milyon ABŞ dolları təşkil edib.

Yenicag.az xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 89,9 % çoxdur.

AMB-nin valyuta ehtiyatları bu ilin yanvarın 1-nə və aprelin 1-nə nisbətən 0,2 % artıb./Report/