!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Mərkəzi Bankı sığorta şirkəti axtarır

!Reklam – Yazi

Azərbaycan Respublikası Mərkəzi Bankı bankın əməkdaşları üçün tibbi sığorta xidmətlərinin satın alınması üzrə tender elan edir.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz əməkdaşlarının tibbi sığortalanması üzrə açıq tender keçirir.

Tender proseduru 28 sentyabr 2022-ci il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 90) keçiriləcəkdir.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 27 sentyabr 2022-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 19 sentyabr 2022-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında Tender komissiyasının əlaqələndirici şəxsinə təqdim etməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

İştirak haqqı 200 (iki yüz) manatdır. Tenderdə iştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir.

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv