!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

!Reklam – Yazi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini 9,75 faizdən 9,25 faizə qədər azaldıb.

Yenicag.az-ın məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Uçot dərəcəsinin yuxarı həddi 11,75 faizdən 11,25 faizədək, aşağı həddi isə 7,75 faizdən 7,25 faizədək endirilib.

AMB sədri bildirib ki, uçot dərəcəsinin və faiz dəhlizinin göstəricilərinin azaldılması neft qiymətlərinin sabitləşməsi, aşağı inflyasiya və sabit makroiqtisadi vəziyyətlə əlaqəlidir./Trend/

www.yenicag.az

5803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv