Yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə Milli Məclis üzvləri arasında görüş keçiriləcək.
Yenicag.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.
“Görüş AMB-nin təşəbbüsü ilə baş tutacaq. Azərbaycanda inflyasiyanın tənzimlənməsi, pul-kredit siyasəti, maliyyə sabitliyi barədə müzakirələr aparacağıq”, – deyə o qeyd edib.