Azərbaycan Mərkəzi Bankı vətəndaşlara SMS-lə cavab verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra kağız daşıyıcı vasitəsilə daxil olan müraciətlərdə vətəndaşın mobil nömrəsi qeyd olunarsa, həmin müraciətlərin qeydiyyatı və cavablandırılması barədə müraciət sahibinə SMS-bildiriş göndərəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Xatırladaq ki, indiyə qədər yalnız elektron müraciət edən vətəndaşların elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə müraciətlərinin qeydiyyatı barədə bildirişlər göndərilirdi.