Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binanın tikintisi şöbəsinə direktor təyin edilib.
Yenicag.az report-a istinadən xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Ceyhun Qurban oğlu Səməndova həvalə olunub.
Qeyd edək ki, AMB-də yeni binanın tikintisi şöbəsi 2022-ci ilin avqust ayında yaradılmışdı.