Reklam: High Technic
hightechnic

Azərbaycan məscidlərində bayram namazı qılındı

Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Yenicag.az-ın məlumatına görə, bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

 

 

Təzəpir məscidində qılınan bayram namazında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, avqustun 22-23-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

www.yenicag.az

3665