Azərbaycan meşə yanğınının söndürülməsi üçün helikopter göndərdi – Gürcüstana

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

COP29