Azərbaycan Metrologiya İnstitutu auditor seçir

Azərbaycan Metrologiya İnstitutu 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.

Yenicag.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiçılar təkliflərini iyunun 14-ü, saat 18:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 16-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, AMİ ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli, “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən ləğv edilmiş Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,122 milyon manatdır.