!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Milli Bankının ilk sədri vəfat edib

!Reklam – Yazi

326230_465604Dünən Bakıda həyatının 75-ci ilində Azərbaycan Milli Bankının ilk sədri olmuş Qalib Ağabala oğlu Ağayev qəfildən dünyasını dəyişib.

Geniş dairələrdə tanınmış bankir və maliyyəçi olan Q. Ağayev 1941-ci il 13 iyul tarixində Bakı şəhərində anadan olub.

Q. Ağayev Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlayıb, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən Azərbaycan Milli Bankının ilk rəhbəri olub.

Mərhumun dəfn mərasimi bu gün, 22 sentyabr saat 14:00-da Süleyman Vəzirov küç., 11 ünvanında baş tutacaq.

Allah rəhmət eləsin!

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv