Azərbaycan milli komandası Moldova yığmasına qalib gəlib

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda Moldova yığmasına qalib gəlib.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumatına görə, Bakı İdman Sarayında baş tutan matç braziliyalı Biro Jadenin rəhbərlik etdiyi kollektivin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Xətai Bağırov, Eduardo Mello Borges, Fineo de Araujo, Oliveira Villiams De Naskimento, Teles Martins Tyaqo və Faiq Əliyev fərqləniblər.

Qeyd edək ki, martın 30-da eyni məkanda bu kollektivlər arasında təkrar oyun olacaq. Görüş saat 18:30-da başlayacaq.

Yeniçağ.Az