!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Milli Ordusu - Savaşın bətnində yaranmış ordu

!Reklam – Yazi

Bilmirəm tarixin ironiyasıdır, yoxsa alın yazısı, amma Azərbaycan ordusunun həm Cümhuriyyət dövründə, həm də son müstəqillik dövründə yaranışı məhz ermənilər ilə münaqişənin fonunda baş verir.

1918-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan bir müddət sonra, daha dəqiq 101 il öncə bu gün, Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Rus çar ordusunun görkəmli sərkərdələri general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edildilər.

Azərbaycan ordusu 101 il öncə ermənilərlə mübarizə, daha dəqiq desək, erməni və bolşevik işğalından ölkəni təmizləmək üçün yaradıldı və sürətlə formalaşmağa başladı. Qısa zaman kəsiyində Qafqaz İslam Ordusu tərəfindən ölkə ərazisi erməni işğalından azad edildi. Daha sonra,Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Azərbaycan Milli Ordusu da ləğv edildi. Sovet hökuməti Milli Ordu rəhbərliyinin böyük əksəriyyətini Nargin adasında güllələdi. Sovet hökuməti zamanında azərbaycanlıların böyük əksəriyyəti silahdan uzaq tutuldu, azərbaycanlı əsgərlərin böyük əksəriyyəti tikinti batalyonlarında və mühəundis xidmətə göndərildi. Elə bunun nəticəsi də Qarabağ müharibəsində öz sözünü dedi.

Azərbaycan hələ SSRİ-nin tərkibində olandan ermənilər artıq Qarabağın işğalına start vermişdi. Dağlıq Qarabağda elan edilməmiş hibrid müharibə gedirdi.

Müharibə başlayan kimi isə, Qarabağda hər kənddə özünümüdafiə dəstələri və batalyonları yaradılmağa başlandı.

Azərbaycanda yaradılmış ilk hərbi hissənin nömrəsi isə 701 olub. Həmin hərbi hissəyə 701 adı verilməsinin səbəbi isə Cümhuriyyətin yaşadığı günlərin sayıdır. İlk özünü müdafiəbatalyonu isə Ağdamda 1991-ci ilin oktyabr ayında polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərliyi ilə yarandı.

Qarabağ müharibəsi həm də eyni məktəbin tələbələrinin savaş meydanı idi. Bir fərq vardı: müəllimlər, yəni, ruslar ermənilərə açıq dəstək verirdi. Əsgərlər də fərqli deyildi. Hamısı sovet ordusu şinelindən çıxmışdı. Ancaq burada da fərq vardı. Azərbaycanlılar Sovet ordusunda daha çox tikinti batalyonlarında xidmət etmişdi, silahla təmasda az olmuşdu, ermənilər isə hər cəhətdən bu müharibəyə hazır idilər, həm də arxalarında böyük dövlətlər. Sanki hər şey əvvəlcədən Qarabağın ermənilər tərəfindən işğal edilməsinə hesablanmışdı.

SSRİ dağılsa da, zabitlərimiz hələ də rus ordusunda xidmətə davam edirdi. Onlardan fərqli olaraq, rus ordusunda xidmət edənlərin böyük əksəriyyəti müxtəlif yollarla istefa verib, bzəiləri isə qaçıb Azərbaycana, birbaşa Qarabağa, müharibənin ortasına özlərni atdılar ki, vətən datdadır, onu qorumaq lazımdı. O zabitlərin çoxu şəhid və qazi oldular, sağ qalanlar isə ordu quruculuğunda iştiraklarını davam etdirdilər. Rus ordusunda xidmət edənlərin bir çoxunun isə vətən sonradan yadına düşdü. atəşkəsdən sonra onların arasından da Azərbaycan gələnlər oldu, bəlkə göndərilənlər…

Hazırda atəşkəsdir. Ancaq atəş heç kəsmir. Hər həftə olmasa da, hər ay cəbhədən şəhid xəbərləri gəlir. Ordu təbii ki, siyasi iradəyə tabedir. Siyasi hakimiyyət vur deməsə, ha #xankəndinivur adlı haştaq aç, bu olmayacaq.

Sual olunur: Ordunun gücü varmı? – Var! Problemləri necə? – N saylı qədər.

Bəzən informasiya təhlükəsizliyi deyib, nağıllar danışırlar. Ancaq biri anlamır ki, ordu əslində ölkədə xalqa ən açıq qurumdur. Hər rübdə minlərlə hərbi çağrışçı xidmətə gedir, xidmətlərini bitirənlər də geri qayıdır. Hərbi xidmət çəkmiş hər kəs informasiya daşıyıcısıdır. Əsgərin əsgər, zabitin də zabit kimi informasiyaları olur. Yəni, ən açıq qurumun özünü qapaması qədər mənasız heç nə yoxdur. Xalqın qurumu xalqın da olmalıdır. Ordu ən milliləşdirilmiş qurumlardan biri olmalıdır. Burada söhbət milli ayrı-seçkilikdən getmir. Yəni, ordudan kənar qüvvələrin, kənar qüvvələrin qüvvələrinin barmağı kəsilməlidir. Əmin ola bilərsiniz ki, bu təkcə camaatın fikri yox, orduda xidmət edən zabitlərin də fikiridir.

Bu bayram günündə isə, ilk yaranan gündən işğalçı ermənilər üzərində qələbə çalan Azərbaycan Ordusuna yenidən qələbə arzulayırıq!

Səxavət Məmməd

www.yenicag.az

1621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv