Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Yenicag.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması sonuncu – 3-cü turda Almaniya ilə üz-üzə gəlib. İlk 2 görüşdə Macarıstan və Polşaya set vermədən qalib gələn Faiq Qarayevin yetirmələr bu dəfə də qalib gəlib. Lakin bu dəfə qızlarımız setlərdən birini məğlub başa vurublar. Buna baxmayaraq, komandamız Almaniya üzərində qələbə ilə 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, millimizlə eyni qrupda yer alan komandalardan sonuncu pillədə qərarlaşan Macarıstan artıq yarışla vidalaşıb. İkinci pilləni tutan Polşa isə Almaniya ilə birgə pley-offda mübarizə aparacaq.
Sonda onu da vurğulayaq ki, əvvəlki iki oyunda olduğu kimi, millimizin almanlarla duelini də Azərbaycan prezidenti İlham Əliyev canlı olaraq arenadan izləyib.
AÇ-2017
A qrupu
25 sentyabr
Almaniya – Azərbaycan – 1:3 (25:19, 19:25, 18:25, 18:25)