DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimiz Almaniya yığması ilə qarşılaşacaq.
Yenicag.az xəbər verir ki, Bundestimin təcrübəli baş məşqçisi Yoahim Löv bu gün media nümayəndələrinin önünə çıxaraq sabahkı matçla bağlı fikirlərini bölüşüb: “Şimali İrlandiyaya qarşı gözəl oyun nümayiş etdirib erkən qollarla rəqibə gücümüzü göstərdik. Sabahkı oyunda da bütün gücümüzü ortaya qoyub, qələbə qazanmaq üçün vuruşacağıq. 10-cu oyunumuzda mütləq qalib gəlmək istəyirik. Axşam baş tutacaq məşqdən sonra sabah oyunda kimin oynayıb-oynamayacağını müəyyənləşdirəcəm. Yalnız onu deyə bilərəm ki, qapıda Ter Ştegen duracaq. Lorey Sane də sabahkı matçda meydanda olacaq. Digər oyunçulara gəlincə daha çox yorğun olmayan futbolçulara şans verəcəm.
Azərbaycan millisi autsayderdi. Onlarla oyunumuzu mundialda keçirəcəyimiz oyunlardakı rəqiblərimizlə müqayisə etmək düzgün olmaz”.