Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Bolqarıstanda keçirilən kişi həndbolçular arasında inkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb.

Yenicag.az xəbər verir ki, millimizin sözügedən yarışda çıxışı uğursuz alınıb. Belə ki, aktivində 2 xalı olan millimiz qrup mərhələsini 3-cü yerdə başa vurub və 1/4 finala adlaya bilməyib. Yığmamız qrup mərhələsinin sonuncu matçında Kipr millisinə 28:32 hesabı ilə uduzub.

Qeyd edək ki, Hikmət Abdullayevin komandası 9-16-cı yerlər uğrunda Ermənistanla qarşılaşacaq. Millimiz bu gün saat 15:00-da keçiriləcək qarşılaşmada rəqibini məğlub etsə, İrlandiya – Malta cütünün qalibi ilə üz-üzə gələcək.

Yenicag.az