Azərbaycan millisi İrəvanda Avropa çempionatına yollanacaq

Ağır Atletika üzrə Azərbaycan milli komandası İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bu barədə Yenicag.az-a Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.

 

Bildirilib ki, Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) İrəvanda keçiriləvək turnirə qatılacaq.

Qeyd edək ki, sözügedən turnir 15-23 aprel tarixlərində keçiriləcək.