Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Azərbaycan milli komandası martın 25-də yoldaşlıq oyunu keçirəcək. 

Yenicag.az AFFA-ya istinadən xəbər verir ki, yığmamız “Bakcell Arena”da Litva millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bundan 4 gün öncə – martın 21-də yığmamız səfərdə Xorvatiya ilə qarşılaşacaq. Bu AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində komandamızın ilk oyunu olacaq.