Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
AFFA-dan Yenicag.az-a verilən məlumata görə, “Sabah”ın futbolçusu Elvin Camalov zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.