Azərbaycan Karate Federasiyasının tərkibində təmsil olunan Milli Karate Federasiyasının idmançıları “Karate1 Seriya A” turnirində iştirak edəcəklər.
Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 29 sentyabr – 1 oktyabr tarixləri arasında Kiprin Larnaka şəhərində keçiriləcək yarışda milli komanda 6 idmançı ilə təmsil olunacaq.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev və məşqçi Akif Kərimov turnirdə Hüseyn Məmmədli, Nuran Rzazadə Nuran, Məhəmməd Xamoyev (hamısı 67 kiloqram), Nicat Kərimli (75 kiloqram), Osman Osmanlı (+84 kiloqram) və Renata Ərəbliyə (61 kiloqram) şans verəcək.