Azərbaycan millisinin matçının başlama saatı müəyyənləşdi

Futbol üzrə Azərbaycan millisinin İordaniya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama saatı bəlli olub.

Yenicag.az AFFA-nın saytının yaydığı məlumata istinadən xəbər verir ki, sentyabrın 12-də keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşü “Dalğa Arena”da gerçəkləşəcək.