!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan millisinin nəyə qadir olduğunu bilirik" - Karel Yarolim

!Reklam – Yazi

“Azərbaycan millisinin nəyə qadir olduğunu bilirik” – Karel Yarolim

Oyuna yaxşı hazırlaşmışıq. Lakin Şimali İrlandiya ilə görüşdən sonra nəticələrimizi yaxşılaşdırmalıyıq. Azərbaycan millisi barədə yetərincə məlumatlıyıq”.

Yenicag.az xəbər verir ki, bunu Çexiya milli komandasının baş məşqçisi Karel Yarolim Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl təşkil edilən mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis bildirib ki, əsas güclərini oyunun ikinci hissəsinə yönəltməyi düşünürlər: “Azərbaycan millisi müdafiədə yaxşı çıxış edir və kombinasiyalı futbol sərgiləyir. Maksimum nəticə qazanmağa çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı sabah görəcəyik”.

K.Yarolimin fikrincə, Çexiya millisinin seçmə mərhələdə 9 xal toplamasını faciə hesab edib-etməmək heç nəyi dəyişmir: “Fakt budur ki, 9 xalımız var. Nəticələrin yaxşı olmasın biz də istərdik. Sabahkı oyunun heyəti ilə bağlı indindən nəsə deməyi düşünmürəm. Çünki hər an dəyişiklik ola bilər. Hansısa futbolçunun qapıda duracağını və ya müdafiədə çıxış edəcəyini mətbuatdan öyrənməsini istəmirəm. Heyətdə çox dəyişiklik gözlənilmir. Demək olar ki, 90 faiz əvvəlki futbolçular olacaq. Əlbəttə, daim yeni oyunçular sınayıram”.

K.Yarolim deyib ki, Azərbaycanın paytaxtını çox bəyənib və Bakıya yalnız məqşçi kimi deyil, turist qismində də qayıtmaq istəyir.

Çexiya millisinin baş məşqçisi Robert Prosineçkinin hər dəfə oyundan bir gün əvvəl Azərbaycan yığmasının heyətini açıqlamasına da münasibət bildirib:
Rəqibin nəyə qadir olduğunu bilirik. Bu insanlar futbol oynaya bilirlər. Bizim üçün yarımmüdafiənin cihaları və Riçard Almeyda təhlükə törədə bilər. Mərkəz müdafiəçilərin də qeyd edərdim. Bilet qiymətlərinin ucuz olmasına gəlincə, mənim maraqlanmalı olduğum başqa işlər var. Bunu heç vaxt düşünməmişəm. Görünür daha çox insan cəlb etmək istəyirlər”.

Qeyd edək ki, oktyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

 

www.yenicag.az

1842
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv