Moldova və Azərbaycan milli komandaları arasında Kişinyov şəhərində iyunun 5-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun vaxtı dəyişdirilib.
Bu barədə Yenicag.az AFFA-ya istinadən xəbər verir.
Məlumata görə, yoldaşlıq oyunu Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında 1 gün sonra – iyunun 6-da təşkil olunacaq.