!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İrlandiya - Azərbaycan matçı: Millimiz qələbəni son dəqiqələrdə əldən verdi - Canlı / YENİLƏNDİ

!Reklam – Yazi

İrlandiya – Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı.

***

İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1.

***

Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1.

Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***

20:03

İrlandiya və Azərbaycan milli komandaları arasında dünya çempionatının seçmə mərhələ oyunu start götürüb.

Yenicag.az-ın məlumatına görə, Dublindəki “Aviva” stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edir.

***

19:10

2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələ oyununda İrlandiya seçməsi ilə üz-üzə gələcək Azərbaycan millisinin start heyəti açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, yığma meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 14. Elvin Bədəlov, 18. Anton Krivostsyuk, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 20. Filip Ozobiç, 7. Namik Ələskərov

Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Rüfət Əhmədzadə, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bəhlul Mustafazadə, 16. Anatoli Nuriyev, 19. Təmkin Xəlilzadə, 21. İsmayıl İbrahimli 22. Rəhim Sadıxov,

Baş məşqçi: Canni De Byazi

Qeyd edək ki, Dublindəki “Aviva” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

www.yenicag.az

849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv