“Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak ölkəsinin mətbuatına müsahibə verib.
Yenicag.az xəbər verir ki, təcrübəli müdafiəçi müsahibəsində Azərbaycan qadınlarından da söz açıb.
Azərbaycanın müsəlman ölkə olduğunu bildirən Jezniçak deyib:
“Əvvəl elə bilirdik ki, Azərbaycanda qadınlar üzlərini bağlayırlar. Bəli, ora müsəlman ölkəsidir, amma bunu küçələrdə hiss etmirsiniz. Gördüm ki, Bakıda və ölkədə radikallar yoxdur. Gündəlik yaşayış tərzi bizimki kimi normaldır”.