Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür etdi

Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”, – diplomat yazıb.

COP29