Azərbaycan NATO-nun xeyriyyə tədbirində təmsil olunur – FOTO

Bu gün NATO-nun mənzil-qərargahında xeyriyyə (charity bazaar) tədbiri keçirilir. Tədbirdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi fəal iştirak edir.

Nümayəndəlikdən Yenicag.az-a verilən məlumata görə, Azərbaycana aid stendlərdə Azərbaycan istehsalı olan müxtəlif məhsullar və ölkəmizin mətbəxinə məxsus təamlar təqdim olunur.

Azərbaycan stendləri “Savalan” şirkətinin sponsor dəstəyi sayəsində ərsəyə gəlib.