!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan nefti bahalaşdı

!Reklam – Yazi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,99 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,11 dollar/barel çoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 78,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 10-da 75,43 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 10-da 76,64 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

www.yenicag.az

9066
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv