CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 58,27 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,93 dollar/barel çoxdur.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 56,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,93 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 52,29 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,95 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 55,48 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,02 dollar/barel çoxdur./Trend/