CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 64,58 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur./Trend/