Ötən həftə ərzində (28 oktyabr – 1 noyabr oktyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 0,8 ABŞ dolları və ya 1,2% artaraq orta hesabla 65,4 dollara bərabər olub.
Həftə ərzində ən yüksək göstərici – 66,3 dollar təşkil edib.