Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 111,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 109,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,1 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 107,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.

COP29