CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 1-də 125,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel azdır.
Bu barədə Yenicag.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 124,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 84,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,97 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 122,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,42 dollar/barel azdır.