Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 63,78 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır.

Ynicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,77 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 61,7 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,6 dollar/barel azdır./Trend/

COP29