Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri Light” markalı xam neftin qiyməti 0,07 ABŞ dolları və yaxud 0,11% azalıb.

Yenicag.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 65,24 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.