CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 66,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel azdır.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,55 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel azdır./Trend/