CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 61,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel azdır./Trend/